Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Bölgələr / Naxçıvan aeroportunda II uçuş-enmə zolağı gələn ay istifadəyə veriləcək – FOTOLAR

Naxçıvan aeroportunda II uçuş-enmə zolağı gələn ay istifadəyə veriləcək – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanında II uçuş-enmə zolağının (UEZ) tikinti işlərinin gedişi ilə tanış olublar.

AZAL-dan verilən məlumata görə, C.Əsgərov yeni zolağın beynəlxalq tələblərə uyğun olmasını və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcəyini bildirib.

Layihə çərçivəsində aşağıdakı nəzərdə tutulub:

– Uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisi. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək;

– Hava limanı ətrafı ərazidə irimiqyaslı qurutma işlərinin aparılması;

– Maneələrin aradan qaldırılması üçün uçuş və eniş zonasında 800 min kubmetrdən çox torpaq işləri görüləcəkdir;

– ICAO CAT II ikinci kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən, uçuş-enmə zolağının hər iki istiqaməti üçün yeni enişə yaxınlaşma instrumental sisteminin alınması (qərarın qəbul edilməsi hündürlüyü 30 m–dən 400 m-dək);

– Təhlükəli hava şəraitini üfüqi 360 bucaq və şaquli -2 dərəcə ilə 182 dərəcə arasında müşahidə edən Furuno WR2100 metereoloji avtomatlaşdırılmış radiolokatorunun quraşdırılması;

– Uçuş-enmə zolağına avtomatlaşdırılmış metereoloji müşahidə sensorlarının quraşdırılması;

– Yeni avtomatlaşdırılmış Hava Hərəkəti İdarəetmə (HHİ) sisteminin alınması;

– Peyk siqnallarını təmzimləyən yerüstü naviqasiya stansiyasının quraşdırılması;

– Hava-yer radiorabitə vasitələrinin yenilənməsi;

– Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağının hər iki istiqaməti üçün işıq-siqnal avadanlığının quraşdırılması.

Layihənin ümumi dəyəri 50 milyon manat təşkil edir. II zolağın istismara verilməsi gələn aya planlaşdırılıb.

V.Talıbov və C. Əsgərov müvafiq tövsiyə və tapşırıqlarını verbilər.

Qeyd edək ki, sonuncu yenidənqurma zamanı Naxçıvan Beynəlxalq Hava Limanında iki yeni terminal – qərb və şərq terminalları işə salınıb. Aerovağzal ərazisində biznes zal, kafe və restoranlar, ana və uşaq otaqları, ilk tibbi yardım məntəqəsi və sərnişinlər üçün digər zəruri xidmətlər mövcuddur.

Həmçinin oxuyun

Naxçıvana gedənlər üçün sərhədkeçmə prosesi asanlaşdı

Bakıdan İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin …