Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Bölgələr / Naftalanda ov tüfəngi ilə iti güllələyən şəxsin kimliyi bəlli olub – VİDEO

Naftalanda ov tüfəngi ilə iti güllələyən şəxsin kimliyi bəlli olub – VİDEO

Naftalan şəhərində naməlum şəxs ov tüfəngi ilə küçədəki iti güllələyib.

Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda videonun ötən gün Naftalan şəhəri, Habil Əliyev küçəsi, 31 ünvanında yerləşən binanın qarşısında çəkildiyi qeyd olunub. 

Mövzu ilə əlaqədar Naftalan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Oxu.Az-a verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Artıq videogörüntülərdəki şəxsin kimliyi müəyyən olunub. Həmin şəxs Naftalan şəhər sakini Rəhimov Ədalət Qabil oğludur. 

Faktla bağlı şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək. 

Həmçinin oxuyun

Oğuzda ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – VİDEO

Ötən gün Oğuz sakini Baku TV-yə üz tutaraq tapdığı saatın sahibini axtardığını bildirib. Belə ki, …