Ana səhifə / Bölgələr / Murovdağ istiqamətində şiddətli döyüşdə yaralandı, anasının zəngi ilə ayıldı – VİDEO

Murovdağ istiqamətində şiddətli döyüşdə yaralandı, anasının zəngi ilə ayıldı – VİDEO

“Düşmən snayperi məni vurdu, saatlarla neytral zonada özümü ölülüyə vurdum”.

Bu sözləri Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanan qazimiz Tural Xanəliyev “Report”un Qərb mərkəzinin əməkdaşına verdiyi müsahibədə bildirib.

Vətən müharibəsi zamanı ağır döyüşlər gedən ərazilərdən biri də Murovdağ istiqaməti olub. Burada Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz və sağlamlıqlarını tam və qismən itirən qazilərimiz olub. Onlardan biri də Gəncə şəhər sakini, müddətdən artıq hərbi xidmətdə olan Tural Xanəliyevdir.

“Report”un Qərb mərkəzinin müxbiri onun kirayədə yaşadığı evdə olub, necə yaralandığını, döyüş zamanı nələr yaşadığını elə onun özündən eşidib.

T.Xanəliyev sentyabrın 27-də verilən tapşırıq əsasında Murovdağ istiqamətində gedən döyüşlərdə düşmən snayperi tərəfindən ayağından vurulub. O, yaralı halda irəli getmək istəyəndə aldığı yara hərəkət etməsinə imkan verməyib. Düşmən snayperi onu yenidən vurmasın deyə açıq ərazidə saatlarca özünü ölülüyə vurub, yoldaşlarının onu xilas etmələrini gözləyib. Bu zaman isə telefonunun zəng çaldığını eşidib. Zəng edən Turalın anası olub. Ona sanki oğlunun darda olduğu agah olubmuş…

Qeyd edək ki, qazimiz 2 oğul atasıdır və evsiz olduğundan kirayədə yaşayır. Onun istəyi isə tezliklə sağalıb hərb işinə dönməsi olsa da, səhhətində olan problem buna imkan vermir.

Həmçinin oxuyun

19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə – ŞİKAYƏT

Zərdab rayon sakini 19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən ölkə başçısına şikayət edib. …