Cümə , Yanvar 21 2022
Ana səhifə / Bölgələr / Müəllim ölmüş kimi qeydiyyata alınıb – VİDEO

Müəllim ölmüş kimi qeydiyyata alınıb – VİDEO

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

Qeyri-adi hadisə rayonun Hindarx qəsəbəsinin sakini Minarə Əliyevanın başına gəlib.

1962-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olan Minaya Əliyeva deyir ki, hazırda qəsəbədəki 3 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi işləyir.

Bu ilin iyul ayında ənənəvi şəxsiyyət vəsiqəsini yeni nəsil şəxsiyyət vəsiqəsi ilə dəyişdirmək üçün Ağcabədi “ASAN xidmət” mərkəzinə müraciət edib. Elə bütün məsələ də bundan sonra üzə çıxıb.

Minarə Əliyeva yenidən Ağcabədi “ASAN xidmət” mərkəzinə müraciət edib və oradan bildirilib ki, 1972-ci ildə guya o, Kəlbəcər rayon yaylağında vəfat edib, Ağcabədi rayonu, Hindarx qəsəbəsində dəfn olunub.

Məsələ ilə bağlı Ağcabədi qeydiyyat şöbəsindən bildirdilər ki, vətəndaş quruma müraciət edib və sistemdə o, 1972-ci ildə kənd icra nümayəndəliyinin sənədi əsasında ölü kimi qeydiyyata alınıb. Bu problemin həll oluunması üçün Minarə Əliyeva məhkəməyə müraciət etməlidir.

Həmçinin oxuyun

Naxçıvan DTX-nin rəisi federasiya sədri SEÇİLDİ

Bu gün Naxçıvan Muxtar Respublikası Karate-Do Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. …