Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Bölgələr / Mingəçevirdə şagirdlər dözülməz şəraitdə təhsil alırlar… – FOTO

Mingəçevirdə şagirdlər dözülməz şəraitdə təhsil alırlar… – FOTO

Hər zaman öz təhsil nailiyyətləri ilə diqqət mərkəzində olan Mingəçevir şəhəri indinin özündə də bilikli məzunları ilə ölkə üzrə reytinq cədvəllərində yüksək nəticə ilə diqqətə gəlməkdədir. Amma bu sevindirici halla yanaşı şəhər təhsil sistemində yetərincə neqativ məqamlar da var ki, elə bu günlərdə sözügedən məsələ ilə bağlı Facebook-da bir ürəkağrıdan mənzərənin fotosu paylaşılıb.

Fotonu müəllif “Mingəçevirdə 16 saylı orta məktəbin hazırkı vəziyyəti” başlığı ilə təqdim edib:

Mingəçevirdə şagirdlər dözülməz şəraitdə təhsil alırlar...

Dia.az bildirir ki, eyni məktəbdə iki aya yaxındır ki, suyun gəlmədiyi, habelə şagirdlərin istifadə etdiyi ümumi ayaqyolunun su olmaması səbəbindən acınacaqlı vəziyyətdə olduğu da iddia olunur.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …