Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Bölgələr / Mingəçevirdə hepatitə yoluxduğu deyilən 6 məktəbli xəstəxanaya yerləşdirilib

Mingəçevirdə hepatitə yoluxduğu deyilən 6 məktəbli xəstəxanaya yerləşdirilib

Mingəçevirdə son bir həftədə 6 məktəblinin hepatitə yoluxduğu aşkarlanıb. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət ediblər. Uşaqlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub.

Xəstəxananın adının açıqlanmasını istəməyən tibb əməkdaşlarından biri Meydan TV-yə bildirib ki, uşaqların bir neçəsi kasıb ailədəndir və görünür ya məktəbdə, yaxud evdə gigiyenik şərtlərə riayət edilməyib.

Adının açıqlanmasını istəməyən həkim bildirib ki, uşaqlar Bakıya köçürülüblər. Çünki xəstəxanada vəziyyətləri yaxşılaşmaya doğru getməyib. Uşaqlardan biri ağırlaşıb.

TƏBİB-dən bildiriblər ki, uşaqlar Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunublar. Onlar müalicələrini bu xəstəxanada davam etdirəcəklər.

“Azyaşlı xəstələrin birinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti isə stabil olaraq qiymətləndirilir”, – qurumdan bildirilir.

Diaqnoza görə, uşaqlarda “Hepatit A” virusu var. “Hepatit A” qaraciyər iltihabıdır.

Həmçinin oxuyun

Salyanda dəm qazından boğulanlarla bağlı tükürpədən fakt

Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş. Baku tv bildirir ki, onlar rayon …