Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Bölgələr / Mingəçevirdə faşist əsirlərin məzarları – FOTO

Mingəçevirdə faşist əsirlərin məzarları – FOTO

1943-ci ildə Stalinqrad cəbhəsində mühasirəyə düşən 100 minlik alman ordusunun 10 min əsgəri  Mingəçevir su anbarının və bir sıra digər tikintilərə cəlb edilib.

1945-ci il payızın sonlarında Mingəçevir SES-in tikintisi başlayanda buraya işçi qüvvəsi kimi 10 min alman hərbi əsiri gətirilib. Bu qərar SSRİ Xalq Komissarları Soveti tərəfindən verilib. Almanlar tikintinin ərazisində yaradılan 444 nömrəli hərbi əsirlər düşərgəsində yerləşdiriliblər.

Bunlar 1942-1943-cü illərdə general feldmarşal Fridrix Fon Paulüsün komandanlığı altında Stalinqrad cəbhəsində vuruşan 6-cı ordunun əsgərləri idi.

Hərbi əsirlərdən Mingəçevir SES-in tikintisi ilə yanaşı, sonrakı illərdə şəhərin salınmasında da istifadə edilib.

Hərbi əsirlərin bir qismi regionun sərt iqlim şəraitinə dözməyərək dünyalarını dəyişiblər. Şəhərin kənarında, Boz dağın ətəklərində xüsusi bir yer ayrılaraq onlar burada dəfn olunub. Hər bir qəbrin üstündə nömrələnmiş kiçik dəmir lövhə basdırılıb. Tək bircə, Ernst Kruqer adlı hərbçinin sinəüstü daşı var. Hazırda isə burada 911 qəbir var.

Alman qəbristanlğı dövlət tərəfindən mühafizə olunur.

Fotoları QHT-lərə Dəstək Dövlət Agentliyinin İdarə Heyətinin üzvü Əvəz Həsənov çəkib. Azpost.info

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …