Ana səhifə / Bölgələr / Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 50 min manatdan artıq yeyinti aşkarlanıb

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 50 min manatdan artıq yeyinti aşkarlanıb

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yoxlama zamanı 50 min manatdan artıq yeyinti üzə çıxıb. Bununla əlaqədar cinayət işi başlanıb. Bu barədə Mibgəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasıyla bağlı prokurorluğa vətəndaşdan şikayət gəlib. Həmin şikayət əsasında da araşdırma aparılıb.

Araşdırma zamanı xəstəxananın 2021-ci ilin yanvarından 2023-cü ilin oktyabrına qədər olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb.

“Nəticədə xəstəxananın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluqdan bildirilib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …