Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Bölgələr / Minaya düşən rəisin ayağı amputasiya edildi

Minaya düşən rəisin ayağı amputasiya edildi

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. (Report)

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Məğrur duruşlu “Topçu Vüsal”: “Həmin atışlarda 250-300 erməni qırıldı” (VİDEO)

Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı …