Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Bölgələr / Meşələri zibilliyə çevirənlər: günahkar kimdir? – VİDEO

Meşələri zibilliyə çevirənlər: günahkar kimdir? – VİDEO

İstər yerli, istərsə də xarici turistlər bölgələrdə istirahət etməyə üstünlük verirlər. Xüsusən Qubanın Qəçrəş bölgəsi həftəsonları istirahət üçün ideal yerlərdən hesab edilir. Paytaxt Bakıya yaxın ərazidə yerləşməsi minlərlə turistin sözügedən əraziyə səfər etməsinə şərait yaradır. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, son aylar özünəməxsus təbiəti ilə seçilən, havası və gözəlliyi ilə turistləri cəlb edən Qəçrəş meşəsi hazırda məişət tullantıları üçün ayrılan poliqona çevrilir.

Qəçrəşə gələn qonaqlar arasında turizm obyektlərində istirahət edənlərlə yanaşı təbiət qoynunda, yəni meşəlik ərazidə süfrə açıb dincələnlər də az deyil. Təəssüf doğuran məqam onlar getdikdən sonra geridə qoyduqları mənzərədir: içki şüşələri, tərəvəz qabıqları, konfet kağızları və müxtəlif plastik tullantılar. 

Turizm obyektlərinin sahibləri isə yalnız öz ərazilərini təmiz saxlayırlar. Ərazidəki tullantılar onu deməyə əsas verir ki, Qəçrəş meşəliyində uzun müddətdir iməclik keçirilmir. Burada məişət tullantılarını toplayan maşınları da görmək mümkün deyil.REKLAM

www.landrover-azerbaijan.comDaha ətraflı

Turizm ekpertləri bu işlə ərazi bələdiyyəsinin baxmalı olduğunu deyirlər. Yerlər təyin edilərək, tullantı qutuları quraşdırılmalı və “Bura zibil atmayın” kimi məlumat lövhələri yerləşdirilməlidir. 

Ərazinin zibillənməsi meşə üçün təhlükəli olmaqla yanaşı, gələn xarici turistlərdə inkişafda olan ölkəmiz, turizimimiz üçün də mənfi fikir formalaşdırmağa şərait yaradır. Sözügedən ərazidə bu tullantıların yığışdırılmasınına məsul olan qurumla yanaşı, hər rayon sakini tez bir zamanda hərəkətə keçməlidir. Əks təqdirdə, məğlub olan yerli sakinlər və Azərbaycan turizmi olacaq.

Tehran Orucoğlu

Həmçinin oxuyun

Naxçıvana gedənlər üçün sərhədkeçmə prosesi asanlaşdı

Bakıdan İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin …