Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə “Maxim” taksi şirkətinin uzun illərdir ki, fəaliyyəti mövcuddur. Beynəlxalq taksi şirkəti “Maxim” xidmət əhatəsini genişləndirməyə davam edir. Bu dəfəki ünvan isə Xaçmazdır. *9555 nömrəsinə pulsuz zəng edərək və ya “Maxim” mobil əlavəsini (tətbiqini) cihazınıza yükləyərək bir toxunuşla istədiyiniz ünvana səfər edə bilərsiniz.
Şirkət bundan sonra Siyəzən, Şabran, Quba, Qusar, Xudat və Xaçmaz bölgələrində də fəaliyyət göstərəcək. “Maxim” taksi Xaçmaz və Xaçmaz ətrafı şəhər, qəsəbə və kəndlərdə taksi şirkəti olaraq bu bölgənin əhalisi üçün taksi sifarişi sistemini yüksək səviyyədə təşkil etmişdir. Şirkət müştəri məmnuniyyətini nəzərə alaraq ekonom-komfort və biznes klass sinfinə aid olan avtomobillərə üstünlük verir.
