Cümə , Fevral 3 2023
Ana səhifə / Bölgələr / “Maşın aldıq deyə Kərəm Mustafayev yoldaşımı işdən çıxardı”

“Maşın aldıq deyə Kərəm Mustafayev yoldaşımı işdən çıxardı”

“Məcbur qalıb, borc-xərc edib, maşın aldıq ki, narahat olanda, uşağı vaxtında həkimə çatdıra bilək. Maşın aldığımızı eşidən Kərəm Mustafayev yoldaşımı işdən çıxardı.
Bu sözləri Naxçıvan sakini Günel Mustafayeva “Gündəlik Naxçıvan”a deyib.
O bildirib ki, avtomobil aldıqlarına görə, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev hərbçi yoldaşını ağır maddə ilə işdən qovub:
“Yoldaşım Ramil Mustafayev 9 il Naxçıvan ordusunda MAXE işləyib. İki uşağımızdan birinin ürəyində anadangəlmə qüsur var. Onu tez-tez həkimə aparmalı olurduq. Uşaq bəzən gecələr narahat olduğundan, maşın tapmaqda çətinlik çəkirdik. Məcbur qalıb, borc-xərc edib, maşın aldıq ki, narahat olanda, uşağı vaxtında həkimə çatdıra bilək. Maşın aldığımızı eşidən Kərəm Mustafayev yoldaşımı işdən çıxardı. Bu azmış kimi hərbi biletinə elə maddə vurdu ki, ona heç yerdə iş verməsinlər. Dəfələrlə heç olmazsa, maddəni sildirmək üçün onun qəbuluna getsə də, geri göndərdilər. Dedilər ki, sevin ki, həbs olunmamısan”.
Günel Mustafayeva deyir ki, işsizlik ucbatından Bakıya köçməli olublar. Burada da münasib iş tapa bilməyən həyat yoldaşı günü 15 manata fəhləliyə başlayıb:
“Uşağın dərmanlarını almaq üçün məcbur qalıb bu işi seçdi. İstirahət günləri yoxdur. 450 manat maaşdan həm kirayə ödəməliyik, həm uşağı dərmanları, həm də dolanışıq. Bir sözlə, sürünürük. Bir həftə öncə yoldaşım borc edib, bir də Naxçıvana getdi ki, bəlkə maddəni sildirə bilər. Yenə qəbul etmədilər. Bir maşın üçün bu maddəni vurmaq hansı qanuna sığır? Harada yazılıb ki, hərbçi özünə maşın ala bilməz?

Həmçinin oxuyun

Naxçıvanda məktəbdə müəllimlər etiraza qalxdı – Fotolar

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlər direktora etiraz edir.Bu gün səhər saatlarından …