Cümə axşamı , May 26 2022
Ana səhifə / Bölgələr / Masallı və Cəlilabadda insanlar su basmış ərazilərdən belə xilas edildi – VİDEO

Masallı və Cəlilabadda insanlar su basmış ərazilərdən belə xilas edildi – VİDEO

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və Cəlilabad rayonunun Kövüzbulaq kəndində qarlı-şaxtalı havada köməksiz vəziyyətdə qalmış 5 avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

https://www.youtube.com/watch?v=CPsFTKGRS8I

Həmçinin oxuyun

“Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır” – FOTO

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır. APA …