Bazar , Noyabr 29 2020
Ana səhifə / Bölgələr / “Məmurların əlindən ölkə vətəndaşlığından imtina edəcəyəm”

“Məmurların əlindən ölkə vətəndaşlığından imtina edəcəyəm”

Rövşən Rafiq oğlu Məmmədov iddia edir ki, onu 2016-cı ildə haqsız yerə işdən çıxarıblar.

AYNA-ya müraciət edən şikayətçi üzləşdiyi problemlə bağlı bunları deyir: “Bakıda qeydiyyatda olsam da, Ağcabədi rayonunda yaşayıram. 2016-cı ilin oktyabr ayından Ağcabədidə “Azərişıq”da nəzarətçi-mühəndis işləyirdim. Bir müddət öncə tabe olduğumuz İmişli “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (ARETSİ) Canəhməd Əhmədov rəis təyin olundu. O da gələndən sonra Ağcabədi rayon şöbəsinə Fariz İsmayılovu rəis təyin etdi. Fariz İsmayılov vəzifə başına keçən kimi kütləvi ixtisarlara başladı. Bir neçə şəxslə birlikdə mənim də əmək müqaviləmə heç bir səbəb göstərilmədən xitam verildi”.

R.Məmmədovun dediyinə görə, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməyib, töhmət almayıb, əksinə, maksimal dərəcədə obyektiv işçi olub: “Fariz İsmayılov bir gün məni də yanına salıb borclu olan yerli sakinlərin işığını kəsdirməyə başladı, 5 manat borcu olanın belə, işığını kəsməyi əmr edirdi, mən də buna qarşı çıxdığıma görə aramızda konflikt yarandı. Davamiyyət tabelinə atdığım imzaları “qızartmağa” başladılar. Sonda da qeyri-qanuni olaraq əmək müqaviləmə xitam verdilər. Xəbər tutdum ki, məni işə götürəndə bir aylıq müqavilə ilə işə götürüblərmiş, ondan sonra da 3 aydan bir müqaviləni artırıblar. Ancaq əmək kitabçamda bu, qeyd olunmayıb, işdən çıxarılma səbəbi də qeyd olunmayıb, sadəcə əmək müqaviləsinə xitam verildiyi qeyd olunub”.

İşsiz qalan Rövşən Məmmədov məhkəmələrə də müraciət edib: “Birinci dəfə Nəsimi Rayon Məhkəməsində, ikinci dəfə Bakı Apellyasya Məhkəməsində, üçüncü dəfə Ali Məhkəmədə uduzdum. İndi vəkil tutmuşam, həm Konstitusiya Məhkəməsinə, həm də Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşıram. Bununla yanaşı, Azərbaycandakı xarici dövlətlərin səfirliklərinə, konsulluqlara, BMT-nin Baş katibinə rəsmi müraciət hazırlayıram. Konstitusion hüquqlarım bərpa olunmaycağı təqdirdə, məcburam ki, bu ölkənin vətəndaşlığından imtina edim. Başqa çıxış yolum yoxdur, ədalətsiz məmurların əlinin altında yaşaya bilmirəm”.

“Uşağımın, ailəmin yanında xəcalətli qalmışam, əlimdən ticarət də gəlmir ki, gedib bazarda iki kiloqram kartof satıb balama çörək alım. Kreditlərim başımdan aşır, borc içində itib-batmışam. Bir neçə xarici dil bilməyimə, həmişə dövlət işlərində çalışmağıma baxmayaraq, çarəsiz, işsiz qalmışam. Konkret olaraq yerlibazlılığın qurbanı olmuşam. Azərbaycan hakimləri də pul alıb məni uduzdurublar. Mənimlə bərabər işdən çıxarılanların bəziləri məhkəmədə qalib gəldilər, itirilmiş əməkhaqlarını da aldılar, işə də bərpa olundular. Ancaq mənə qarşı olan aqressiya ucbatından heç nə edə bilmədim”, – deyə şikayətçi vurğulayır.

Bütün instansiyalarda məğlub olmasına baxmayaraq, R.Məmmədovun hələ də müsbət sonluğa ümidi var: “İnanıram ki, hazırda ölkədə aparılan kadr islahatları bütün qudurğan məmurları əhatə edəcək, öz yurdumuzda yaşamağımıza imkan verməyən Canəhməd Əhmədov, Fariz İsmayılov kimilər qanun qarşısında cavab verəcəklər. Bu iki şəxs Ağcabədini xaraba qoyub, “Azərişıq”a aid bütün elektrik dirəklərini satıblar, əlavə naqillər verirlər. Əgər dediklərimə inanmırsınızsa, gəlib araşdırma apara bilərsiniz”.

Картинки по запросу

R.Məmmədovun şikayətinə “Azərişıq” ASC ilə aydınlıq gətirməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AYNA-ya açıqlamasında bildirdi ki, R.Məmmədovun iddiaları həqiqəti əks etdirmir: “Mən araşdırma apardım, həmin şəxs işə gəlmədiyinə görə işdən uzaqlaşdırılıb. Bu barədə məhkəmə qərarı da var, bu şəxsin işinə laqeyid yanaşdığı, verilən tapşırıqlara əməl etmədiyi təsdiqlənib. Jurnal da yoxlanılıb, dedikləri doğru deyil”.

Həmçinin oxuyun

Biləsuvarda şəhid gizir dəfn edilib – FOTOLAR

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd …