Ana səhifə / Bölgələr / Leysan yağış nəticəsində Zərdabda ev uçub – FOTO

Leysan yağış nəticəsində Zərdabda ev uçub – FOTO

Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

ONA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev rayona yağan güclü leysan yağdıqdan sonra  uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq təhlükəsizlik baxımından mümkün deyil.

E. Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.

Həmçinin oxuyun

Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb

Qazax rayonunda arxeoliji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb “Report”un Qərb Mərkəzinin məlumatına görə, …