Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Bölgələr / Lerikdə təbii fəlakət: “Sel bütün toyuq-cücəni apardı”

Lerikdə təbii fəlakət: “Sel bütün toyuq-cücəni apardı”

Yağan leysan yağışların nəticəsində yaranan sel suları Lerik rayonunda fəsadlar törədib. Adının çəkilməsini istəməyən rayon sakinlərindən birinin deməsinə görə, Kələxan kəndində sel ev quşlarını aparıb: 

“Leysan yağışı iyulun 18-də axşam saatlarında başladı. İki saat çəkdi. Elə bil göydən su tökürdülər. Bir anda aləm qarışdı. Sel suları təsərrüfatımda nə qədər toyuq-cücə var idisə apardı. Qorxduq ki, evi də aparar. Leysan yağışı bir az da çəksəydi, kəndi dağıdardı. Mənim 50 yaşım var, belə leysan yağışı görməmişəm. İşıqlar kəsildi, yağışdan sonra gördük ki, sel suları yolları da dağıdıb. ”

Lerik Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, sel 15 kəndi əhatə edib, 20-dən çox həyətyanı sahəni su basıb.

Rayon icra hakimiyyəti başcısının müavini, Fövqəladə Hallar Komuissiyasının sədri Habil Məlikov fəsadların aradan qaldırlması istiqamətində işlərin getdiyini deyir:

“Kələxan və Qosmalian kəndləri arasında olan kəndlərə ziyan vurdu. Həmin vaxtları qaz, işıq, rabitə xətləri kəsildi, sonra bərpa olundu. Kəndlər arası yollar tamamilə dağılıb. Həmin ərazidə olan istirahət mərkəzlərinə də ziyan dəyib. Onlarla vətəndaşın təsərrüfati ziyan çəkib. Arı təsərrüfatlarına, tərəvəz sahələrinə, meyvə bağlarına, ev quşlarına ziyan dəyib. Orda bərpa işləri gedir. Fövqəladə Hallar Nazirlyin əmkdaşları hadisə yerindədirlər, ziyan müəyyənləşdirlir.”

Verilən ilkin məlumatlara görə, sel rayonda təqribən 200 hektara yaxın kartof sahəsinə, 60 hektardan çox meyvə bağlarına, 45 hektar tərəvəz sahəsinə ziyan vurub. /Azadliq.org

Həmçinin oxuyun

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektorunu çökdürür – Agentlik yeni səhifə açacaqmı?

Pandemiya dövründə turizm şirkətlərinə heç bir dəstək göstərməyən Dövlət Turizm Agentliyi sanki qarışqa kimi üzü …