Şənbə , Mart 2 2024
Ana səhifə / Bölgələr / Lerikdə evdə qaz balonu partlayıb, ər və arvad xəsarət alıb

Lerikdə evdə qaz balonu partlayıb, ər və arvad xəsarət alıb

Lerikdə evdə maye qaz balonu partlayıb.

Hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Həmçinin oxuyun

İplə boğublar – Qətlə yetirilən həkimin qonşuları danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, Salyanda sabiq baş həkim və həyat yoldaşı yaşadığı evində qətlə yetrilib.. Dəhşətli …