Ana səhifə / Bölgələr / Lerikdə biri əsgər olmaqla üç uşağın anasını qətlə yetirən kəndin mollasıdır

Lerikdə biri əsgər olmaqla üç uşağın anasını qətlə yetirən kəndin mollasıdır

Lerik rayonunun Barzavu kəndində aprelin 28-də gecə baş vermiş qətlin üstü açılıb. Məlum olub ki, 1981-ci ildə anadan olmuş kənd sakini, 3 uşaq anası, övladlarından biri hazırda orduda xidmət edən, İkinci Qarabağ müharibəsində döyüşən Zəkifə Feyruz qızı Fərziyevanın boğazını kəsərək onu xüsusi amansızlıqla qətlə yetirən elə həmin kəndin mollasıdır.

Kənd sakinlərinin  modern.az-a verdiyi məlumata görə,  Murad Əsgərov adlı həmin molla Lerikin tanınmış din xadimlərindən hesab olunur və öldürdüyü qadının qonşusudur.  Molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə onun evinə soxulub və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Z.Fərziyeva müqavimət göstərərək qışqırmağa başlayıb və “evə oğru girib” deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib. 

Kənd sakinləri bildirib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb. Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Z.Fərziyevanın həyat yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətddədir.

Həmçinin oxuyun

Daha bir binadan qopan daş təhlükə yaratdı

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalıb. Bu …