Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Bölgələr / Lerikdə bir metrdən çox qar yağdı – VİDEO

Lerikdə bir metrdən çox qar yağdı – VİDEO

Cənub bölgəsinə güclü qar yağıb. 

Bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

“Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma “Azərişıq” ASC-nin əməkdaşlarının köməyi ilə problem aradan qaldırılıb.

Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır”.

Həmçinin oxuyun

Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün …