Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Bölgələr / Lerikdə AĞIR CİNAYƏT: İri gövdəli ağaclara qənim kəsilən kimlərdir? -ŞOK

Lerikdə AĞIR CİNAYƏT: İri gövdəli ağaclara qənim kəsilən kimlərdir? -ŞOK

Son günlər ölkə ərazisində meşələrin məhv edilməsi və təbiətə ağır zərbə vurmaq üçün sanki bəzi sahibkarlara təcili göstəriş verilib.

DOSYE.ORG-a daxil olan məlumatlarda bildirilir ki, təbiətə ən çox qənim kəsilən bölgə məhz cənub zonasıdır. Belə ki, cənub bölgəsinin dilbər güşələrindən olan Lerik rayonu bir qurup şəxslər tərəfindən tarimar olunur. Bir sözlə, rayonun Gürdəsər meşələri, 8 saylı dolay10/11, Vizəzəmin meşələri 13 saylı dolay, 14/15, Lerik meşələri, 5 saylı dolay İldırım adlı sahibkar tərəfindən düşməncəsinə məhv edilir.

Onu da nəzərinizə çatdıraq ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Aqil Babaşovun razılığı əsasında cənub meşələri gəlir mənbəyinə çevrilib. Əldə etdiyimiz son məlumatlara görə həmən iri gövdəli ağaclar kəsilərək Masallı rayonunda fəaliyyət göstərən sexlərə daşınır.

Maraqlı məqam ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin heç bir halda qəbul etmədiklərini bu gün bəzi məmurlar sərbəst həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayav isə qəflət yuxusundan aylıqmaq istmər. Dəfələrlə bu cür faktlar aidiyyətli qurumlara təqdim etsək də, heç bir araşdırma aparılmır. Araşdırmalarımız davam edir….

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

Həmçinin oxuyun

Şəkidə dərs vaxtı sinfin tavanı şagirdlərin üzərinə düşdü – Video

Şəkinin Çayqaraqoyunlu kənd məktəbində dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb.Hadisə 9-cu …