Cümə , Fevral 3 2023
Ana səhifə / Bölgələr / Lerikdə 2500 vətəndaş işıqsız qalıb – VİDEO

Lerikdə 2500 vətəndaş işıqsız qalıb – VİDEO

Qarlı hava şəraiti ilə bağlı Lerikin bir neçə yaşayış məntəqəsi işıqsız qalıb. Ötən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayon ərazisinə 20 sm, dağlarda 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. Bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb. Yollarda isə əsasən dağ kəndlərində problem yaşanır.

Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib ki, 2500 abonenti əhatə edən yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayanıb:

“Hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır”.

Həmçinin oxuyun

Naxçıvanda məktəbdə müəllimlər etiraza qalxdı – Fotolar

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlər direktora etiraz edir.Bu gün səhər saatlarından …