Ana səhifə / Bölgələr / Lənkəranda zəlzələ nəticəsində dağıntı qeydə alınıb? – AÇIQLAMA

Lənkəranda zəlzələ nəticəsində dağıntı qeydə alınıb? – AÇIQLAMA

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə FHN-nin Mətbuat Xidmətindən bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 kilometr şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 kilometr dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub.

Həmçinin oxuyun

Göyçaylıları narazı salan monopoliya, ucuz qiymət və alternativ bazarın yoxluğu

“Məhsul qiymətə gedər deyə şərikli 10 min pomidor şitili əkmişəm. Peşmanam, nə çəkdiyimiz xərc ödənir, …