Bazar , Fevral 25 2024
Ana səhifə / Bölgələr / Lənkəranda Sukanal İdarəsinin həyətini su basdı

Lənkəranda Sukanal İdarəsinin həyətini su basdı

“Azərsu” ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətini su basıb.
Bu barədə Cenublu.az məlumat və foto yayıb.
Bildirilir ki, qurumun inzibati binası rayonun Zərifə Əliyeva küçəsində yerləşir.
İddiaya görə, hər tərəf su olduğundan idarənin binasının həyətinə girmək mümkün deyil.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ərazidə yığılan sular qar suyudur:
“Lənkəranda kanalizasiya xətti yoxdur. Həmin sular qar sularıdır. Bir neçə gündür rayona güclü qar yağdığından yağıntılar subasma halları yaradıb”.

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …