Şənbə , Dekabr 10 2022
Ana səhifə / Bölgələr / Lənkəranda ölümcül döyülən məktəblinin yaxınları danışdı – VİDEO

Lənkəranda ölümcül döyülən məktəblinin yaxınları danışdı – VİDEO

Lənkəran rayonu, Viyən kəndində döyülərək ağır vəziyyətdə olan məktəblinin yaxınları danışıb.

“Xəzər Xəbər”ə danışan məktəblinin yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb, özü də ali məktəbə hazırlaşırmış.

“Axşam nənəsini xalası gilə yola saldıb evə qayıdıb. Daha sonra həyətdə uşaqlarla oynuyub. Sonra gedib və bir saat sonra qayıdanda qanlar içərisində olub”.

Qeyd edək ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Həmçinin oxuyun

Lerikin dərdləri onun uca dağlardan da “Hündürdür”

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də …