Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Bölgələr / Lənkəranda meşə ərazisinin qırılması dayandırıldı, araşdırma aparılır — RƏSMİ

Lənkəranda meşə ərazisinin qırılması dayandırıldı, araşdırma aparılır — RƏSMİ

Lənkəran rayonu Haftoni qəsəbəsində Beta çay şirkətinə verilmiş meşə ərazisində işlər dayandırılıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firodvsi Əliyev bildirib. Onun sözlərinə görə, hazırda ərazidə monitorinq aparılır.

F.Əliyev yerli məmurların məsuliyyətsizliyi üzündən bir sıra ağacların kəsilməsini istisina etməyib. Bununla bağlı hazırda araşdırma aparılır.

Xatırladaq ki, Azpost.info bir neçə gün əvvəl yaydığı məlumatda Lənkəranın Haftonu qəsəbəsi yaxınlığında meşə massivi qırılaraq yerində çay plantasiyası salınması barədə məlumat yaymışdı. Bu barədə “ekofront” ekologiya könüllüləri məlumat vermişdirlər.

Məlumatda deyilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 45 hektar meşə torpağını “Beta” şirkətinə verib. Şirkət isə meşə ərazisində ağacları qıraraq torpaq işləri aparır.

Həmçinin oxuyun

Zibillik içində olan Xudat bazarı – Xəstəlik belə yayılır – VİDEO

Xaçmaz rayon, Xudat şəhərinin Mərkəzi Bazarı zibillik içərisindədir.Bazar illərdir ki, belə bir vəziyyətdə fəaliyyət göstərir.Ticarət …