Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Bölgələr / Lənkəranda karantin qaydalarını pozan 25-dən artıq obyekt bağlanıb

Lənkəranda karantin qaydalarını pozan 25-dən artıq obyekt bağlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində  xidməti avtobillərdə olan səsgücləndiricilər vasitəsilə əhaliyə səslənərək karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər. 

Sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. 

Polis əməkdaşları eyni zamanda fəaliyyətinə qadağa tətbiq olunmuş obyeklərə də nəzarəti tam gücü ilə davam etdirir. Bu günə kimi Lənkəranda karantin rejimi qaydalarını pozan 25-dən artıq obyekt barəsində inzibati protokollar tərtib edilib və bağlanması təmin edilib. 

 Rayon mərkəzi ilə yanaşı ətraf ərazilərdə də karantin qaydalarına tam nəzarət etmək və koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin daha kəsərli alınması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb. 

Lənkəranda karantin qaydalarını pozan 25-dən artıq obyekt bağlanıb

Həmçinin oxuyun

Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

Oktyabrın 27-də Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri hədəfə alıb Bərdəni atəşə tutması zamanı …