Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Bölgələr / Lənkəranda kənd yolları sıradan çıxır – FOTO/VİDEO

Lənkəranda kənd yolları sıradan çıxır – FOTO/VİDEO

Lənkəranın dağ kəndlərinə aparan yol tamamilə sıradan çıxa bilər.

Cənub bölgəsinə düşən aramsız yağışlar Lənkəran rayonunun üç kəndinə gedən yolda uçqunlara səbəb olub.

Nəticədə, 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər yolunun son altı kilometrliyində – Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan hissəsində problemlər yaranıb.

Yolboyu bir neçə yerdə torpaq sürüşmələri asfalt qatını dağıdıb. Yolun bir hissəsinin çökməsi yarğanlara səbəb olub. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru hərəkət edərək qoruyucu baryerləri zədələyib.

Yolda çökmələrin olması yeni uçqunlara imkan yaradıb. Dağ massivindən aşağı axan sel suları yolun su ötürücüləri keçən hissəsində dağıntılara səbəb olub. Yolun bərpası üçün əraziyə texnikalar gətirilsə də, təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.

Həmçinin oxuyun

“Azərxalça”nın Naxçıvan filialı açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak …