Cümə , Oktyabr 30 2020
Ana səhifə / Bölgələr / Lənkəranda 92 yaşlı qadın koronavirusdan sağalıb

Lənkəranda 92 yaşlı qadın koronavirusdan sağalıb

“Azərbaycanda COVİD-19-a yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb”.

Bu sözləri Müasir İnkişaf İctimai Birliyinin sədri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü Feysbukda yazıb.

M.Göyüşlü bildirib ki, çox təlaşlanmağa dəyməz: 

“Bu, 1928-ci il təvəllüdlü Axundova Agabəyim Şaban qızıdır. Aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu məlum olub. Nəticədə o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb”.

Həmçinin oxuyun

Qarabağ müharibəsi iştirakçısı Bərdə terrorunun qurbanlarındandır – VİDEO

Oktyabrın 28-də erməni terroru nəticəsində həyatını itirənlərdən biri də, Bərdə rayon Nifçi kənd sakini Fazil …