Ana səhifə / Bölgələr / Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən Prezidentə – ŞİKAYƏT

Zərdab rayon sakini 19 saylı Ərazi Məşğulluq Mərkəzin müdiri Samir Nuriyevdən ölkə başçısına şikayət edib. …