Şənbə , May 25 2024
Ana səhifə / Bölgələr / Kütləvi şəkildə meyvə ağaclarını niyə kəsdilər? – VİDEO

Kütləvi şəkildə meyvə ağaclarını niyə kəsdilər? – VİDEO

Tərtər rayonunun Seydimli kəndində ağaclar kütləvi şəkildə kəsilib.

Sakinlər bildirirlər ki, ərazidə olan çox sayda meyvə və şam ağacı ağır texnikalar vasitəsilə kəsilərək yandırılıb. 


“Tut, gilas kimi meyvə ağacları əkmişdik. Dedilər ki, buranı alıblar. Dillənsəniz, sizi də çölə çıxararıq”, – deyə sakin qeyd edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır:

“Bu il aprelin 3-də Seydimli kənd orta məktəbi yaxınlığında həmin kənd sakini Akif Mənsim oğlu Ələkbərov tərəfindən biri quru olmaqla ümumilikdə dörd ağacın qanunsuz götürülməsi faktı aşkarlanıb. Məsələ ilə bağlı akt və adıçəkilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb. Həmçinin məhv edilmiş yaşıllıqların bərpa edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinə müraciət olunub”.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları protokol tərtib edib. Ağacları kəsən şəxsin kimliyi məlumdur. Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Həmçinin oxuyun

İki uşaq atası 10 dəqiqə içində öldü: Təfərrüat – VİDEO

Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında …