Bazar , Yanvar 17 2021
Ana səhifə / Bölgələr / Koronavirus Naxçıvanın blokadaya düşməsinə səbəb olub

Koronavirus Naxçıvanın blokadaya düşməsinə səbəb olub

Türkiyə koronavirusun yayılma təhlükəsi səbəbindən təkcə İranla deyil, həm də Azərbaycanın Naxçıvan Muxtar Respublikası (NAR) ilə sərhədlərini bağlayıb.

Qeyd edək ki, İran da Naxçıvanla sərhəddi bağlayıb. Nəticədə Azərbaycanın qalan hissəsi ilə birbaşa quru əlaqəsi olmayan muxtar respublika blokadada qalıb. Xarici aləm ilə yeganə əlaqə Bakı ilə hava əlaqəsindən keçir.

Yerli mənbələr Turan-a bildiriblər, yolların blokadası səbəbindən Naxçıvanda ərzaq məhsullarının qiyməti artıb. Yerli sakinlər mağazalardan un və digər məhsulları böyük miqdarda alır. Hakimiyyət hələlik ərzaq satışına məhdudiyyət qoymayıb.

Həmçinin oxuyun

Şuşada raketlər, mərmi və minalar aşkarlandı – FOTO

2021-ci il yanvarın 4-13-də tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi …