Çərşənbə , Mart 22 2023
Ana səhifə / Bölgələr / Köhnə qaz sayğacları dəyişdirildi, amma cərimə yazıldı – Video

Köhnə qaz sayğacları dəyişdirildi, amma cərimə yazıldı – Video

Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri Bayram  Cabbarov və  İsaxan Şirinovun evlərinə quraşdırılan qaz sayğaclarının istismar müddəti  başa  çatdığı üçün  Lənkəran Reqional Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənib. Amma dəyişiklikdən sonra onlara cərimə yazılıb. Səbəb kimi sayğaca müdaxilə göstərilib.

Belə ki, qonşular cərimə ilə razı olmadıqları üçün məhkəməyə müraciət ediblər.

Məhkəmə isə borcun silinməsi haqqında qərar çıxarıb. Amma məhkəmənin qərarı icra edilmir.

Məsələyə münasibət bildirən “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, borcun silinməsi üçün müəyyən prosedurlar yerinə yetirilməlidir.

Qeyd edilib ki, abonentlər həmin sənədləri təqdim edəndən sonra məhkəmənin qərarını yerinə yetiriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Naxçıvanda yanacaq qıtlığı yarana bilər – Video

Naxçıvanda yanacaq qıtlığı yarana bilər. TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina …