Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Bölgələr / Karantin dövründə ən çox uşaq bu rayonda doğulub — RƏSMİ

Karantin dövründə ən çox uşaq bu rayonda doğulub — RƏSMİ

Bu ilin aprel ayında, yəni koronavirus infeksiyasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycanda dövlət qeydiyyatına alınan doğum sayı məlum olub.

Bu barədə Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Cari ilin aprel ayında qeydiyyat orqanlarında 6 097 doğum dövlət qeydiyyatına alınıb və say baxımından ilk beşlikdə doğumu daha çox Ədliyyə Nazirliyinin Cəlilabad, Lənkəran rayon və 1, 2, 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıblar.

Həmçinin oxuyun

“Azərxalça”nın Naxçıvan filialı açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak …