Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Bölgələr / Jurnalist tanınmış vəkilin ailəsinə başsağlığı verdi

Jurnalist tanınmış vəkilin ailəsinə başsağlığı verdi

Ailəmizin yaxın dostu, təkcə Astaranın deyil, bütün Cənub bölgəsinin tanınmış ziyalısı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Natiq Əsədovun vaxtsıs vəfatı məni və ailəmizi dərindən kədərləndirdi. Natiq müəllim Cənub zonasında tanınmış ziyalılardan idi. Hüquqşunas olmasına baxmayaraq, dinimizə də olduqca bağlı insan olub. Təsadüfi deyil ki, hamı onu Məşədi Natiq kimi çağırırdı. Çox təəssüf edirəm ki, Allahın rəhmətinə qovuşan dostumuz subay oğlu Hacı Müşfiqin toyunu görə bilmədi. Bu, onun ən böyük arzusu idi. Aydındır ki, Natiq müəllimi kimsə əvəz edə bilməz. Ancaq Tanrının qismətindən də qaçmaq olmaz. Natiq müəllimin doğmalarının kədərinə ailəmiz adından şərik çıxırıq. Allahdan bütün yaınları və əzizlərinə səbr diləyirəm. Allah rəhmət eləsin!

Almaz SƏFƏRLİ,

jurnalist

Həmçinin oxuyun

İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat

Astara Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə 259 min 189.53 manat dəyərində …