Bazar , Noyabr 29 2020
Ana səhifə / Bölgələr / İtkin düşən Nərminin atası: “Qızımı qardaşım oğurlamayıb”

İtkin düşən Nərminin atası: “Qızımı qardaşım oğurlamayıb”

Bir müddətdir Tovuz rayonun Dondan Quşçu kəndində itgin düşən və bu gün də axtarışları davam etdirilən Nərmin Quliyevanın atası Əşrəf Quliyev danışıb.

O bildirib ki, bəzi kanallarda guya onun qızının qardaşı və qardaşı oğlu tərəfindən oğurlanığı kimi cəfəng fikirlər səslənib.

“Bu tip xəbərlər həqiqətə uyğun deyil. Müəyyən kanallarda qızımın yoxa çıxmasında qardaşım Lətif Quliyev və onun oğlu Ayxan Quliyevin əlinin olması ilə bağlı iddialar əsassızdır.

Məhz bu əsassız iddialardan sonra onları polis çağırdı və onlar polisdə izahat vermək məcburiyyətində qaldı. Onu demək istəyirəm ki, bu işdə qardaşımı və qardaşım oğlunu kimsə günahlandırmasın”.

Qeyd edək ki, hadisə noyabrın 21, saat 14 radələrində baş verib. (baku.ws)

Həmçinin oxuyun

Biləsuvarda şəhid gizir dəfn edilib – FOTOLAR

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd …