Ana səhifə / Bölgələr / İsmayıllıda torpaq qalmaqalı: Meşələrin torpağı YDM-ə daşınır (FOTOLAR)

İsmayıllıda torpaq qalmaqalı: Meşələrin torpağı YDM-ə daşınır (FOTOLAR)

İsmayıllıda torpaq daşınması narazılıqla qarşılanıb. 
Bu barədə Qaynarinfo-ya rayonda ictimai iaşə fəaliyyəti ilə məşğul olan Adil Əsədov məlumat verib. Onun sözlərinə görə, rayonun girişində vaxtilə “ABU Petrol” yanacaqdolduma məntəqəsi yerləşən əraziyə torpaq daşınması narazılığa səbəb olub. 
“Həmin ərazidə indi başqa yanacaqdoldurma məntəqəsi tikilir. Ora isə İsmayıllı meşələrindən torpaq daşınır. Bir maşın torpağın qiyməti 30 manatdır”, deyə Adil Əsədov bildirib. 
O əlavə edib ki, rayon rəhbərliyi olaydan məlumatlıdır və məsələ ilə bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Zəngilanda çoxmərtəbəli bina olmayacaq

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin …