Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Bölgələr / İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb – FOTOLAR

İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb – FOTOLAR

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb.
Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin məlumatında bildirilib.

Qeyd olunub ki, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb.

Hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanmış tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözü gedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

Sara Aşurbəyli “Şirvanşahlar dövləti” haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini “Şirvanşahların xəzinə rəncbərləri” olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmən dövrlərə aid məscidin qalıqlarıdır.

Qeyd edək ki, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmən məscid məhz bu ərazidə yerləşib.

Həmçinin oxuyun

İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti…

Şirvan Şəhər İcra Hakimiyyəti “Delta-inşaat” MMC ilə maliyyə dəyəri 284 604 AZN olan müqavilə imzalayıb. …