Bazar , Sentyabr 24 2023
Ana səhifə / Bölgələr / İsmayıllıda at və uzunquluqlar kəsilərək mal əti adı altında satılır? – VİDEO

İsmayıllıda at və uzunquluqlar kəsilərək mal əti adı altında satılır? – VİDEO

İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq leşləri aşkar edilib.

Sözügedən ərazidə antisanitar vəziyyət hökm sürür.

Leş və sümüklər 4-5 metr dərinliyi olan xəndəyə atılıb. İddia edilir ki, həmin heyvanlar kəsilərək mal əti adı altında satılır.

İddialara görə, heyvanların leşi əraziyə yük maşınları tərəfindən boşaldılır.

Məsələ ilə bağlı Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Hadisəni törədən şəxslərin aşkar olunması üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib.

Bildirilib ki, həmin şəxslər müəyyən edildikdən sonra sərt tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Naxçıvan DİN-dən uşaq oğurluğu halları ilə bağlı məlumatlara münasibət

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan …