Ana səhifə / Bölgələr / İsmayıllı meşləri ilə bağlı PA-ya şikayət: Sakinlər Fuad Ələsgərovla görüşəcək

İsmayıllı meşləri ilə bağlı PA-ya şikayət: Sakinlər Fuad Ələsgərovla görüşəcək

İsmayıllı meşələrində yaşıl soyqırımı aparıldığını iddia edən rayonun Qurbanəfəndi və Zeyvə kənd sakinləri Ceyhun Qurbanovla Xəlil Xəlilli bu gün Prezident Asministrasiyasında olublar. 
Sakinlər Qaynarinfo-ya bildirib ki, aprelin 8-də onları Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov qəbul edəcək. 
“Biz aprelin 1-də Prezident Administrasiyasına getmişdik. Aprelin 5-nə görüş təyin etmişdilər. Şikayətimizi dinlədilər və bizi Fuad Ələsgərovun qəbuluna yazdılar”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, İsmayıllı meşələrində baş verənlərlə bağlı mətbuata və müxtəlif qurumlara müraciət etdikdən sonra 6 saylı regional Ekologiya İdarəsinin rəisi Akif Məmmədov tərəfindən onlara təzyiq edilir: “Biz təzyiqlərə məruz qalırıq. İstəyirlər ki, susaq, baş verənlər barədə danışmayaq. Biz məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etmişik. Məsələnin araşdırlacağı bildirib. Hətta bunun üçün bir Oqtay adlı bir nəfər də ayrılıb. Lakin həmin şəxs hələ də İsmayıllıya gəlib çıxmayıb”.
Ceyhun Qurbanovla Xəlil Xəlilli əlavə edib ki, məsələ ilə bağlı hüquqi müstəvidə mübarizələrini davam etdirəcəklər: “Bizi qanunsuz olaraq cərimələyiblər, bizdən rüşvət tələb ediblər. Biz də bu adamların əslində bizim kimiləri cərimələməklə törətdikləri əməlləri ört-basdır etməyə çalışdıqlarını üzə çıxarmışıq. Biz meşədən quru, çürümüş ağac yığmışıq. Buna görə bizdən pul tələb olunub, verməmişik deyə cərimələyiblər. Amma bu gün İsmayıllı meşələri darmadağın edilir, heç bununla bağlı tədbir görən yoxdur”.

Həmçinin oxuyun

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında …