Ana səhifə / Bölgələr / İşğaldan azad olunmuş Talış kəndinə daşıyıcı qaz xəttinin çəkilişi işi yekunlaşdı — VİDEO

İşğaldan azad olunmuş Talış kəndinə daşıyıcı qaz xəttinin çəkilişi işi yekunlaşdı — VİDEO

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq qaz təchizatı məqsədilə yaşayış məntəqələrində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub.

Bu istiqamətdə görülən ilkin iş Tərtər rayonunun Talış kəndinin qazlaşdırılması olub.15 dekabr tarixindən etibarən Talış kəndinə polietilen borularla daşıyıcı  yeraltı qaz kəmərinin çəkilməsi işlərinə başlanılıb. Vaxt məhdudiyyəti nəzərə alınaraq qazıntı işlərinə çox sayda müxtəlif texnika və işçi qüvvəsi cəlb edilməklə iki növbəli iş rejimində günün gecə vaxtlarında da işlər davam etdirilib.

Yeraltı daşıyıcı qaz kəmərinin tikintisi gedişatında qazıntı işlərindən öncə qaz kəmərinin dəhlizi boyunca ANAMA tərəfindən aparılmış mina təmizləmə əməliyyatları zamanı çoxsaylı mina aşkar olunub və zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb. Qısa müddət ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq qaz kəməri qaz təchizatı mənbəyinə qoşulub.

Məlumat üçün bildirək ki, yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir.

Həmçinin oxuyun

Lənkəran Dram Teatrının direktorunun vəzifəsinə niyə xitam verilib?

Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirilib.Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib ki, Tofiq …