Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Bölgələr / İşğaldan azad olunmuş ərazilərin pay torpaqları belə bölünəcək

İşğaldan azad olunmuş ərazilərin pay torpaqları belə bölünəcək

İşğaldan azad olunmuş ərazilərdə sakinlər arasında pay torpaqlarının bölgüsü aparılacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb.

Millət vəkilinin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanıb. İşğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot torpaq ayrılacaq.

Tahir Rzayev bildirib ki, pay torpaqlarının bölgüsü ilə bağlı qeydiyyat işləri aparılır. Hazırda əkinə yararlı torpaqlar araşdırılır. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin həyata keçirildiyi Zəngilan rayonunda 600 hektara yaxın torpaq yararlı hala salınıb və 450 hektara yaxın torpağın isə əkinə ayrılması nəzərdə tutulur.

Millət vəkili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə torpaqlarının da müəyyənləşdirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

“Abadlaşan” Beyləqandan REPORTAJ: Hər yeri xarabalığı xatırladır…

Baxımsız bir rayon gec-tez xarabalığa çeviriləcək. Necə ki, Beyləqan rayonu baxımsız, ən əsasıda sahibsiz bir …