Ana səhifə / Bölgələr / “İH-də şillə-təpik vururlar”: Şirvan icra başçısı və müavinlərinə üsyan

“İH-də şillə-təpik vururlar”: Şirvan icra başçısı və müavinlərinə üsyan

Şirvan şəhər sakini, I qrup əlil Elçin Əliyev çarəsizlikdən mərhum prezident Heydər Əliyevin heykəli önündə dayanaraq dövlətə və rəhbəri İlham Əliyevə üz tutub, imdad diləyib. Onu buna vadar edən səbəb bacısı oğlu, azyaşlı Yusif Zeynalovun müalicəsinə Şirvan şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun laqeyd münasibətidir. Reportyor.info-nun verdiyi məlumata görə, E. Əliyev dəfələrlə icra başçısının qəbuluna gedib, amma qapıdan qaytarıblar. Bunu pandemiya ilə əlaqələndirsələr də, icra başçısı İ.Abbasov bir dəfə belə azyaşlı Yusifin dərdinə şərik çıxmayıb. E. Əliyevin sözlərinə görə, müalicə üçün imkan yoxdur və icra başçısından kömək istəyiblər. Amma bildirilib ki, Şirvan İH yardım edə bilmir. Şikayətçi prezidentin nəzərinə çatdırıb ki, icra başçısının müavinləri olan Etibar Yolçuyevlə Məharət Mustafayev tərəfindən kobud şəkildə qarşılanıb. Onun dediyinə görə, M.Mustafayev vətəndaşı şillə-təpiklə yola salır və bunu video İH-də kameralar sübut edə bilər. 11 yaşlı Yusifin gəzə bilmədiyini, müalicəsinə dəstək lazım olduğunu bildirən dayısı prezidentdən kömək istəyib. O, icra başçısı İ. Abbasov və müavinlərinin vətəndaşları incitdiyini, Şirvanda özbaşınalıq olduğunu ölkə rəhbərinin diqqətinə çatdırıb.

Həmçinin oxuyun

Şabranda 4 müəllim koronavirusa yoluxdu, siniflər distant təhsilə keçdi

Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində 4 sinif COVID-19 infeksiyasına görə distant təhsilə keçirilib. “Qafqazinfo” xəbər …