Şənbə , Noyabr 28 2020
Ana səhifə / Bölgələr / İcra başçısından “yuxarılara” donos ötürür – İDDİA

İcra başçısından “yuxarılara” donos ötürür – İDDİA

“Asif Ağayev İslam Allahverdiyevin pulunu kəsdiyi üçün idarə müdiridə başçıdan qisas alır”.

RealMedia.az xəbər verir ki, “Beyləqan Xəbərləri” səhfəsində son aylar ərzində Beyləqandan Prezident adminstrasiyasına olunan şikayətlərin çoxluq təşkil edildiyi qeyd olunur. Bununla yanaşı Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyevin icra başçısından “yuxarılara” donos ötürməsi də əks olunur.

Bu barədə Beyləqan Xəbərləri səhifəsinə daxil olan məlumatda bildirilir: “Şəhər mərkəzində aparılan abadlıq quruculuq işlərində çoxsaylı yeyintilərə yol verilib. Belə ki, icra hakimiyyətinin tenderlərini həyata keçirən “Vaqif” firmasının gördüyü işlərdə böyük maliyyə yeyintiləri mövcuddur. Bildirək ki, Prezident İlham Əliyev 2019 – cu ilinn əvvəlində Beyləqana etdiyi səfər çərçivəsində rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırmışdı. Hazırda həmin abadlaşdırmanın tenderini “Vaqif Firması ” həyata keçirir. “Beyləqan Xəbərləri” səhifəsi xəbər verir ki, son aylar Prezident Adminstrasiyasına rayondakı abadlıq quruculuq işləri ilə bağlı göndərilən çoxsaylı şikayət məktublarının arxasında rayon Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyev dayanır. Maliyyə İdarəsi müdirinin icra başçısının abadlıq maxinasiyası ilə bağlı “yuxarılara” donos göndərməsinin əsas səbəblərindən biri isə İslam Allahverdiyevin bu işlərdən kənarlaşdırılmasıdı. Məlumata görə icra başçısı İslam Allahverdiyevi neytralaşdıraraq rayondakı bütün maliyyə maxinasiyalarından kənarlaşdırıb.Asif Ağayev İslam Allahverdiyevin pulunu kəsdiyi üçün idarə müdiridə başçıdan qisas alır. Görünür idarə müdiri ömrünü artırmaq üçün təvəllüdünü saxtalaşdıraraq 2 yaş kiçildən İslam Allahverdiyevin pul hərisliyi gözünü örtüb”.

Həmçinin oxuyun

Kəlbəcər rayonunun Vəng kəndi – VİDEO

Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər yayılıb. Görüntüləri Müdafiə Nazirliyi yayıb.