Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Bölgələr / İcra başçısı Qarabağ qazisinin torpağını əlindən niyə almaq istəyir?

İcra başçısı Qarabağ qazisinin torpağını əlindən niyə almaq istəyir?

Zərdab rayon sakini, Qarabağ qazisi, II-ci qrup əlil Osmanov Ziya Şahmurad oğlu RealMedia.az-a müraciət edərək bildirir ki, Zərdab rayon, 4 yol ərazisində, Zərdab-Mollakənd yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edib. Hətta həmin torpaq üzərində tikinti islərinin aparılması Şəhərsalma və Arxitektura Komitəsindən də razılaşdırılıb. Lakin əlində qanuni sənədlərinin olmasına baxmayaraq Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov və icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən ona məxsusi olan ərazidə tikinti aparmağa qoymur. Bildirirlər ki, həmin ərazi taksi fəaliyyəti üçün verilib.

Şikayətçi iddia edir ki, icra başçısı həmin ərazini müxtəlif bəhanələr gətirərək onun əlindən alıb başqa şəxsə satmaq niyyətindədir. Ona görə də icra başçısı həmin əraziyə sahib çıxıb.

Artıq Qarabağ qazisi icra başçısının  qanunsuz əməllərinə dözə bilməyib Prezident İlham Əliyevə müraciət edərək ona köməklik olunmasını xahiş edir.

Azinforum.az həmin müraciəti təqdim edir:

Həmçinin oxuyun

Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirib – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan …