Şənbə , İyul 20 2019
Ana səhifə / Bölgələr / İcra başçısı məmurları kütləvi istefaya göndərir – Açıqlama

İcra başçısı məmurları kütləvi istefaya göndərir – Açıqlama

Göyçay Rayon İcra Hakimiyyəti idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Göyçay İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova “Report”a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 

“Həmin ərizələrin yayılmasından xəbərimiz var, oxumuşuq. Bu məlumatlar hamısı tam absurd və yalandır. Həmin ərizələr imzalarla birlikdə saxtalaşdırılıb. Ərizələrdə adları qeyd olunan işçilər özləri də təəccüb içindədirlər. Çünki ərizələrdəki xətt və imzalar adları qeyd olunan şəxslərə aid deyil. Həmin şəxslərin hamısı öz işlərinin başındadır”.

İcra başçısının müavini qeyd edib ki, yayılan ərizələrdə adları qeyd olunan Göyçay rayonundakı idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər: 

“Amma bununla bağlı Göyçay Rayon İcra Hakimiyyətində araşdırma aparılmayacaq. Biz oturub rahat şəkildə işlərimizi görürük. Bizə belə bir tapşırıq verilmədiyi üçün araşdırma aparmaq niyyətində deyilik. Adları ərizələrdə qeyd olunan işçilər özləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Göyçay rayonunda idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərindən ibarət ümumilikdə 61 nəfərin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı məlumatlar yayılıb.

Həmçinin oxuyun

Bərdədə pendir sexində acınacaqlı görüntülər – FOTO

Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sözügedən …