Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Bölgələr / İcra başçısı: “Bizim rayonda rüşvət yoxdur”

İcra başçısı: “Bizim rayonda rüşvət yoxdur”

“Ağdam rayonunda korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır. Deyə bilərəm ki, bizim rayonumuzda belə hallar mövcud deyil və icra başçısı kimi buna qarşı daim mübarizə aparıram”.

Bunu Azvision.az -a açıqlamasında Ağdam rayonunun icra başçısı Vaqif Həsənov deyib.

Prezidentİlham Əliyevin tapşırıqlarının dəqiqliklə yerinə yetirildiyini bildirən icra başçısının sözlərinə görə, Ağdamda dövlət idarələri və müəssisələrində daha çox gənclərin işə götürülməsinə üstünlük verilir.

“Cənab Prezidentin sosial layihələrlə bağlı tapşırıqları Ağdamda yerinə yetirilir. Biz gənclərə üstünlük verməyə çalışırıq. Elə mənim köməkçim də gəncdir. Hazırda Ağdamda Gənclər Evi yoxdur. Burada Gənclər Evi tikiləndən sonra asudə vaxtın səmərəli keçirilməsini fəal formada təşkil edəcəyik”.

Həmçinin oxuyun

Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün …