Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Bölgələr / İçməli suyu, yolu, işığı olmayan kənd – VİDEO

İçməli suyu, yolu, işığı olmayan kənd – VİDEO

Şəkinin yolu, işığı, içməli suyu olmayan Küdürlü kəndinin sakinləri aidiyyəti qurumlardan əlini üzərək mətbuata üz tutub.

Şəhər mərkəzindən çox da uzaq olmayan, 12 km məsafədə yerləşən Küdürlü kəndi gözdən və könüldən iraq düşüb. Ərazidə olan bulaqlardan su gəlmir. Çarəsiz sakinlərin günü su daşımaqla keçir.

Kəndi iki yerə ayıran körpünün də vəziyyəti acınacaqlıdır. 20 ildən çoxdur dağılan körpü təmir edilməyib. Əvəzində yaxınlıqda dəmir konstruksiyalı ensiz körpü salınıb. İndi bu körpüdən həm məktəbə gedən uşaqlar keçir, həm avtomobillər, həm də kəndin mal-qarası.

Sadalamaqla bitməyən Küdürlünün ən böyük problemi isə elektrik enerjisi ilə bağlıdır. Ağac parçasına bağlanan naqillər o qədər əyilib ki, hər an burada bədbəxt hadisənin qurbanı ola bilərsiniz. Yağışın yağması və küləyin əsməsi isə kəndin qaranlığa qərq olması deməkdir. Vay o günə ki, yağışlı və küləkli hava bir neçə gün davam edə. 800-ə yaxın əhalisi olan kənd problemlər girdabında boğulsa da, aidiyyəti qurumlar hələ də qaneedici cavab verməyib.

Həmçinin oxuyun

Bu teatrın direktoru mənimsəməyə görə işdən çıxarıldı

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. …