Bazar , Noyabr 29 2020
Ana səhifə / Bölgələr / “Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub” – Rektor

“Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub” – Rektor

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.  

“ Azinforum.az ” xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı universitetin rektoru Akif Hacıyevlə əlaqə saxlayıb. O, xəbərin doğru olduğunu deyib.

“Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik”, – deyə rektor vurğulayıb.
A. Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: \”Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.

Həmçinin oxuyun

Kəlbəcər rayonunun Vəng kəndi – VİDEO

Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər yayılıb. Görüntüləri Müdafiə Nazirliyi yayıb.

Bir cavab yazın