Ana səhifə / Bölgələr / Hadruta köçmək istəyənlərin müraciəti haqda son xəbər

Hadruta köçmək istəyənlərin müraciəti haqda son xəbər

Bir müddət əvvəl Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə deportasiya edilərək qaçqına çevrilən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istədikləri ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər. 

Müraciətin nəticələri haqda Yenisabah.az-a danışan kənd sakini Sahib Musayev bildirib ki, hələlik bu haqda rəsmi cavab yoxdur. 

“Kəndimiz adından sənədlərlə, həm Qaçqınkoma, həm də siyahı şəklində Prezident Administrasiyasına üç dəfə müraciət olunub. İlk müraciət 18 yanvar 2021-ci il, ikinci müraciət 4 fevralda, üçüncüsü isə 4 dekabrda Administrasiyaya çatıb. İkinci müraciət haqda dəqiq məlumat var ki, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin şöbəsinə təhvil verilib”.

Sahib Musayev əlavə edib ki, bununla bağlı bu ilin fevral ayının 1-də əlaqə saxlasa da, müraciətinə hələ ki, hər hansı bir münasibət bildirilməyib.

Kənd sakini bildirib ki, hələlik pandemiya səbəbindən Prezident Administrasiyasında qəbul yoxdur. Bu səbəbdən müraciətinin nəticəsi haqda məlumatı sadəcə telefon vasitəsilə ala bilir və müraciəti gözləmədədir. 

Həmçinin oxuyun

İmişlinin icra başçısı 300 minə zibillik yaradıb-Foto

Əslən İmişli rayonundan olan sosial şəbəkə fəalı Saleh Qafarlı öz hesabında rayondakı acınacaqlı sanitar vəziyyəti …