Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Bölgələr / Hacıqabulda qəzaya səbəb olan sürücü kömək etmək əvəzinə aradan çıxdı – VİDEO

Hacıqabulda qəzaya səbəb olan sürücü kömək etmək əvəzinə aradan çıxdı – VİDEO

Azərbaycanda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Hadisə Hacıqabul rayonunda baş verib.

Belə ki, yolun ikinci zolağından geriyə dönmə əməliyyatı etmək istəyən “VAZ 2106” markalı avtomobil arxadan gələn “Mercedes”in qəzaya uğramasına səbəb olub. Qəza zamanı  “Mercedes” markalı maşın dəmir arakəsmələrə çırpılıb. 

“06”nın sürücüsü isə heç nə olmamış kimi geriyə dönmə əməliyyatını başa çatdırıb və hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Həmin görüntüləri təqdim edirik:

Oxu.Az

Həmçinin oxuyun

Vətən müharibəsinin 18 yaşlı şəhidi (VİDEO)

Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb …